Tabut
Taxtadan yapılmış bir uzun qutu;
Baş tərəfi geniş, ayaq ucu dar.
Çaxanlar bilir ki, bu boş tabutu
Biri gün özləri dolduracaqlar.
Hər yandan kiçilən bir otaq kimi,
Divarlar yanaşmış, tavan alçalmış.
Sanki bir daş kukla qutuda kimi,
Xəyalım içində uzanıb qalmış.
Cılız bədənimə tam görünsə də,
İçim bu dar yerə sığışmaz diyor.
Dünyada qalanlar hey döyünsə də
İnsan birər-birər yenə giriyor.
Ölənlər yenidən doğarmış; gerçək!
Tabut deyildir bu, bir taxta qundaq.
Bu ağır hədiyyə kimə gedəcək,
Örtülər-örtülməz üstünə qapaq?
1930